Ankara Ermənistanı düzgün addım atmağa çağırdı

Ankara Ermənistanı düzgün addım atmağa çağırdı

TürkiyəXİN Xankəndi hava limanı ilə bağlı mövqeyini açıqlayıb

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində hava limanın açmasını pisləyib. Türkiyə XİN-nin rəsmi saytının verdiyi məlumata görə, Türkiyə xarici siyasət idarəsi ermənilərin bu addımını Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə zərbə vurduğunu hesab edir.

"Bu cür təxribatçı addımlar Cənubi Qafqazda sülh, stabillik və rifahın bərqərar olmasına mane olacaq. Bu səbəbdən Ermənistanı düzgün addımlar atmağa və bölgənin stabilliyinə zərər vura biləcək davranışlardan uzaq durmağa dəvət edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə