Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birlikdə "Yeni media: əlaqələrin qurulması, birgə fəaliyyət, informasiya mübadiləsi" mövzusunda təlim kursuna start verib. SİA-nın xəbərinə görə, təlim kursları Respublikamızda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədr və sədr müavinləri üçün nəzərdə tutulub.
Təlim kursunun keçirilməsində əsas məqsəd tələbə gənclər təşkilatlarının kütləvi informasiya vasitələri ilə birgə işləmək, məlumatı əldə etmək və ötürmək sahəsində fəaliyyəti qurmaq imkanlarını öyrənmək və inkişaf etdirmək, informasiya mübadiləsini aparmaq, bu sahədə bilik və bacarıqlarının artırılmasına kömək göstərməkdir. Tədbir çərçivəsində 110 nəfər tələbə liderlərin respublikanın tanınmış media nümayəndələri ilə görüşlərinin keçirilməsi də nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB