BBC-nin yeni baş direktoru Corc Entuistl qurumun keçmiş aparıcısı Cimmi Sevilə qarşı onun ötən əsrin 60-70-ci illərində yeniyetmə qızları seksual təcavüzə məruz qoyduğuna dair səslənmiş ittihamlarla bağlı media korporasiyasının əməkdaşlarına müraciət edib.
Media orqanına istinadən xəbər verilir ki, Entuistl bu kimi ittihamlardan dəhşətə gəldiyini bildirib. O, şirkətin həm indiki, həm də keçmiş əməkdaşlarını vəziyyətin detallarını müəyyənləşdirmək üçün səyləri birləşdirməyə çağırıb.
Qeyd edək ki, oktyabrın 3-də Britaniya telekanallarında mərhum C.Sevillə bağlı sujet yayımlanıb. Həmin sujetdə beş qadın BBC əməkdaşı tərəfindən seksual təzyiqə məruz qaldığını bildirib. Oktyabrın 4-ü onların sırasına daha iki qadın da əlavə olunub və polisə keçmiş taleyi barədə danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB