İki agentlik arasında əməkdaşlıq sazişi imzalandı

İki agentlik arasında əməkdaşlıq sazişi imzalandı

Bu gün Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə Argentinanın Milli Xəbər Agentliyi (TELAM) arasında əməkdaşlıq sazişi imzalanıb. SİA-nın xəbərinə görə, sazişi AzərTAc-ın baş direktoru Aslan Aslanov və Dünya Xəbərlər Agentlikləri Şurasının prezidenti, TELAM-ın inkişaf meneceri Xuan Manuel Fonruj imzalayıblar.
Sənəd tərəflərin milli qanunvericiliyinə uyğun olaraq informasiya sahəsində ikitərəfli əlaqələrin genişəndirilməsi məqsədi ilə hər iki agentlik arasında xəbər, foto və video, həmçinin jurnalistika və idarəçilik sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. İmzalanma mərasimində sazişin dövlətlər arasında informasiya sahəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacağı qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə