Son günlər bəzi kütləvi informasiya vasitələri Beyləqan şəhər Təbiət və humanitar fənlər təmayüllü liseyin işıq transformatorun yanması ilə əlaqədar valideyinlərdən vəsait yığılması barədə yazılar dərc edib. SİA-nın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Beyləqan rayon Təhsil Şöbəsinin müdiri ilə əlaqə saxlayıb.
Beyləqan rayon Təhsil Şöbəsinin müdiri bildirib ki, şəhər Təbiət və humanitar fənlər təmayüllü liseyin işıq transformatoru 03 avqust 2012-ci il tarixdə müvəqqəti olaraq sıradan çıxıb. Avqust ayında həmin transformator təmir edilib. Hal-hazırda məktəbdə işıq yanır, heç bir valideyindən transformatorun təmiri üçün vəsait yığılmayıb.
Bəzi kütləvi informasiya vasitələrində dərc olunan bu məlumatlar hec bir fakta söykənməyən şər və böhtandır.
:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB