Milli Qəhrəmanın atası yalan məlumat yayanları lənətlədi

Milli Qəhrəmanın atası yalan məlumat yayanları lənətlədi

Son günlər bəzi kütləvi-informasiya vasitələrində güya Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun "İran casusu" adlandırılması ilə bağlı məlumatlar yayılıb. SİA-nın Aran bürosunun əməkdaşı bununla bağlı Ağakərim İbrahimovla əlaqə saxlayıb. Bir neçə cəhdən sonra əlaqə yaratmaq mümkün olub.

Bu məsələ ilə bağlı Ağakərim kişinin fikrini oyrənmək istədik, lakin tədbirdə olduğundan danışığın bir az sonraya keçirilməsini xahış edən İbrahimov bu məsələdən hiddətləndiyini də xüsusi vurğuladı. Az sonra əlaqə yaradaraq məsələyə münasibətini bu cür bildirdi: "Bu məsələ məni çox qəzəbləndirdi, çünki yazı tamamilə böhtan xararkterlidir. Mən rayon rəhbərliyi tərəfindən haradasa belə bir ifadələrin işlədilməsinin şahidi olmamışam və bununla bağlı heç bir məlumatım yoxdur. Mən rayonda keçirilən bütün tədbirlərdə həmişə yaxından iştirak etmişəm. O cümlədən, bu gün də mənə redaksiyadan zəng gələndə (5 oktyabr) müəllimlər günü ilə bağlı rayonda keçirilən tədbirdə Mahir müəllimlə yanaşı oturmuşduq. 400 nəfərdən yuxarı ziyalının iştirak etdiyi mötəbər tədbirdə bir daha bəyan etdim ki, mənim adımdan belə bir ifadələrin işlədilməsi yolverilməzdir və bu fikirlər mənə qarşı hörmətsizlikdir. Bir daha bəyan edirəm ki, rayon rəhbərliyi və ictimaiyyəti tərəfindən mənə həmişə hörmətlə yanaşılıb, bunu da mən dövlətimizin qayğısı kimi qiymətləndirirəm. Bu yazıları yazanlardan tələbim odur ki, öz məkirli fikirlərinə catmaq üçün Milli Qəhrəman oğlumun adından süi-istifadə etməyi dayandırsınlar. Ən azından onun ruhuna hörmətlə yanaşsınlar. Mən olmayan bir şey haqqında fikir söyləyənlərə ar olsun deyib, onları lənətləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə