"Biz hansısa bir məsələnin araşdırılması ilə məşğul ola bilərik. Amma hər hansı məsələnin araşdırılması böyük məbləğdə vəsait tələb edir. Ancaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair münasibətləri öyrənmək və araşdırmaq üçün mütəxəssis olmaq lazımdır". SİA-nın xəbəinə görə, bunu rusiyalı yazıçı, jurnalist, kino-ssenarist Andrey Konstatinov Bakıda jurnalistlərlə keçirdiyi görüşündə deyib.
O bildirib ki, yazıçı, jurnalist bu məsələdə delitantdır. Onun sözlərinə görə, bu məsələnin tarixlə məşğul olan, bu sahə üzrə mütəxəssis olan insanların araşdırması daha mühüm və əhəmiyyətli nəticələr verə bilər: "Mən elə mövzuda yazmaq istəyirəm ki, o sahədən daha çox anlayışım olsun. Deməzdim ki, bununla bağlı hansısa məlumatım yoxdur. Sadəcə, sadə insanlar kimi mən də bu münaqişə ilə bağlı oxumuşam, televiziya ekranlarından görmüşəm. Amma onunla bağlı daha ciddi araşdırmalar aparmaq üçün mütəxəssis olmaq lazımdır. Nəinki Dağlıq Qarabağ, eyni zamanda Kosova, Osetiya, Fələstin kimi problemlərlə də bağlı heç nə yazmamışam. Düşünürəm ki, hər kəs öz işi ilə məşğul olmalıdır. Mən inanmıram ki, bu vaxta kimi rusiyalı jurnalistlərdən kimsə münaqişə ilə bağlı yazı yazmasın. Amma kimlərinsə yazdığı qarşı tərəfə xoş gəlməyə bilər. Necə ki, bu gün avropalı jurnalistlərin Yaxın Şərq hadisələri ilə bağlı yazdıqları məsələlər mənim xoşuma gəlmir. Ancaq bu məsələ ilə bağlı bir sözü də demək istəyirəm. Əgər bu sizin müharibənizdirsə, onun təbliğ edilməsi, dünya mətbuatına çıxarılmasında əsas məsələ azərbaycanlı jurnalistlərin də üzərinə düşür. Belə ki, onlar da kiminsə, hansısa ölkə jurnalistlərinin onların problemi barədə yazmasını gözləməməli, mütəmadi olaraq özləri bu işlə elə məşğul olmalıdır ki, səsləri hər yerdə eşidilsin".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB