Rusiyalı jurnalist Azərbaycan haqqında

Rusiyalı jurnalist Azərbaycan haqqında

"Azərbaycana ilk dəfədir ki, səfər edirəm. Buna baxmayaraq ilk baxışdan da şəhəriniz çox xoşuma gəldi". SİA-nın xəbərinə görə, bunu rusiyalı yazıçı, jurnalist, kino-ssenarist Andrey Konstatinov Bakıda jurnalistlərlə keçirdiyi görüşündə deyib.

O bildirib ki, Bakıda keçirilən Beynəxlaq Humanitar Forumda iştirak etmək üçün gəldikləri şəhər ilk səfərdən çox müsbət təsir bağışlayıb: "Günü-gündən inkişaf edən ölkəniz müasir və gözəl görünüşə malikdir. Səfər çərçivəsində Azərbaycandakı jurnalistlərlə görüşdə də məqsəd həmkarlarla görüşüb onların fikirlərini öyrənmək, qarşılıqlı fikir mübadiləsi aparmaqdan ibarətdir. İnanırıq ki, bu görüş iki tərəf arasında əməkdaşlığın bundan sonra jurnalistika, mədəniyyət və digər sahələr üzrə inkişafına müsbət təsir göstərəcək".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə