İtaliya Respublikasının sabiq xarici işlər naziri Frattini Franko Bakı Beynəlxalq Forumu çərçivəsində bu gün keçirilən "Multikulturalizm və mədəni özdərk" tədbirinin vacibliyindən danışıb. SİA-ya açıqlama verən Franko müxtəlif fikirlərə və ideologiyalara hörmət baxımından Azərbaycanın çox gözəl bir ölkə olduğunu bildirib: "Azərbaycan müxtəlif ölkələrin mədəniyyətinə çox böyük hörmət bəsləyir və bugünkü tədbir də bunu göstərir. Qarşılıqlı hörmət konfliktlərinin aradan qaldırılmasında bu, ən əsas faktordur. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü çox pozitivdir."
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB