Təhsil Nazirliyinin qarşısında böyük aksiya keçirilib

Təhsil Nazirliyinin qarşısında böyük aksiya keçirilib

Bu gün bir qrup dindar Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. SİA-nın məlumatına görə, aksiya iştirakçıları hicaba qoyulmuş qadağanın götürülməsi tələbi ilə plakatlar qaldırıb, şüarlar səsləndiriblər.

Hadisə yerinə cəlb olunmuş polislər aksiyanın qarşısını almaq istəyərkən qarşıdurma yaranıb. Toqquşma nəticəsində həm polis, həm də aksiya iştirakçıları arasında xəsarət alanlar olub. Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib, yaralılar xəstəxanaya aparılıb. Aksiyanın qarşısı alınıb və iştirakçıların bir neçəsi saxlanılıb.

Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən bildirilib ki, bir qrup şəxs Təhsil Nazirliyinin binası qarşısında qanunsuz aksiya keçirməyə cəhd göstərib, lakin bu cəhdin qarşısı alınıb: "İctimai qaydanı kobud şəkildə pozduğu üçün bir neçə nəfər saxlanılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə