Həftəsonu Respublika ərazisində mülayim sabit hava şəraitinin davam edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 6-də hava şəraitinin dəyişkən buludlu olacağı, günün ikinci yarısında arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB