"Güclü xarakter olmasa, fitri istedad realizə edilə bilməz"

"Güclü xarakter olmasa, fitri istedad realizə edilə bilməz"

Bu gün II Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində "Postmodernist Mədəniyyətə Ənənəvi Dəyərlər Sistemi" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masada açılış nitqi ilə çıxış edən Azərbaycan Dillər Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Jalə Qəribova bildirib ki, Postmodernist Mədəniyyətdə ədəbiyyat və incəsənət bu tendensiyaya çox tez reaksiya verir: "Çalışmaq lazımdır ki, yeni texnologiyaları tətbiq edək. Müasir texnologiyalarla yanaşı, yeni yanaşmalara da toxunmaq lazımdır".

Yunanıstanın Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos "Olimpizm əbədi ənənəvi dəyərlər sistemi kimi" mövzusu ilə çıxış edib.

Bolqarıstanın keçmiş prezidenti Jelyu Jelev çıxışında bildirib ki, mədəniyyət natura olmayan hər şeydir: "İntellegensiyanın əsas məqsədi cəmiyyətlə, xüsusi ilə də gənclərlə bölüşməkdir. Digər nəsillərə də qulaq asmalıyıq. Köhnə və yeni nəsil birlikdə işləsə o zaman bir çox nailiyyətlərə nail olmaq mümkündür.

Yeni texnologiyaların inkişafı artıq bu məsələləri lazımsız edib. İndiki zamanda kompüterin bir düyməsini basmaqla istənilər informasiyanı əldə etmək olar. Bir sıra xırda dövlətlər öz şair və yazıçılarını hər zaman üstün tutur. Buna görə də Bolqarıstanla Azərbaycanın oxşarlığı çoxdur. Misal olaraq, bu yaxınlarda dahi sənətkar Müslüm Maqomayevin yubileyi keçirildi. Buradan da məlum oldu ki, onun yaradıcılığı tək azərbaycanlılar tərəfindən deyil, eləcə də digər ölkə tərəfindən bəyənilir. Çünki onlar yalnız azadlıq və gözəlliyi təşviq ediblər".

"Fəlsəfi təhsili aldığıma görə mənə talantın xüsusiyyəti və perspektivləri olduqca maraqlıdır. Fitri istedad heç bir sərhəd tanımır. Mütləq burada güclü xarakter də lazımdır. Güclü xarakter olmasa, həmin şəxs öz fitri istedadını realizə edə bilməz", -deyə keçmiş prezident əlavə edib.

Rusiyanın Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi Ramil Qariullin isə "Nanopsixologiya və postmodern psixologiya insanlığın qlobal problemlərinin yeni komponenti kimi" mövzusunda öz fikirlərini bildirib.

Dəyirmi masada tədbir iştirakçıları təyin olunan mövzular ətrafında öz fikirlərini bölüşəcəklər.

Qeyd edək ki, bugünkü dəyirmi masa 3 bölmədən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə