AZAL-dan endirim aksiyası

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bir sıra Avropa şəhərlərinə aviabiletlər üzrə xüsusi tariflər tətbiq edib.

AZAL-dan SİA-ya verilən məlumata görə, aviaşirkət Bakı-Praga-Bakı, Bakı-Milan-Bakı, Bakı-Roma-Bakı, Bakı-London-Bakı və Bakı-Paris-Bakı istiqamətlərində uçuşlara xüsusi güzəştli ekonom-sinif tarifi tətbiq edib.

"Bu tarif çərçivəsində oktyabrın 31-dək Praqa, Milan, Roma, London və ya Paris şəhərlərinə tur-paket əldə edildikdə, gediş-dönüş aviabileti 200 avro məbləğində rəsmiləşdirilir. Qiymətə hava limanı yığımları daxil deyil", - deyə AZAL-dan bildirilib.

Qeyd edək ki, aviabiletin həmin qiymətlə əldə edilməsi yalnız iki istiqamətli reyslərin və yalnız ilkin uçuş Bakıdan olduğu halda mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com