Elşad Mirbəşiroğlu: "Rusiyanın obyektiv mövqe nümayiş etdirməməsinə görə Qəbələ RLS məsələsi ilə əlaqədar hər hansı bir yeni qərarın meydana gəlməsi mümkün olmayıb"
Müsahibimiz politoloq Elşad Mirbəşiroğludur
- Elşad müəllim, Qəbələ RLS əsasında Rusiyanın müəyyən siyasi gedişlər etməsi bir növ Azərbaycanı Qəbələ RLS-lə bağlı mövqeyindən müəyyən məsələlərdə tələblərini geri çəkməyə məcbur etməyə hesablanmayıb ki?
- Bu ilin dekabr ayının 24-də Rusiya və Azərbaycan arasında Qəbələ RLS ilə bağlı olan müqavilənin vaxtı qurtarır. Bildiyiniz kimi, Qəbələ RLS-nin müddətinin bitməsinə 6 ay qalmış tərəflər bir araya gələrək bu məsələyə yenidən baxaraq müvafiq qərar qəbul etməlidilər. Amma Rusiyanın obyektiv mövqe nümayiş etdirməməsinə görə, Qəbələ RLS məsələsi ilə əlaqədar hər hansı bir yeni qərar meydana gəlməsi mümkün olmayıb. Rusiyanın belə bir mövqe sərgilməsinə baxmayaraq, yenə də Rusiya tərəfi Qəbələ RLS-nin istifadəsində maraqlı bir tərəfdir.
- İddialara görə, Rusiya Qəbələ RLS-nin daha 3 il müddətinə müqavilənin uzatmağa razı olduğunu bildirsə də, bu müqavilədə icarə haqları ilə bağlı fərqli mövqe ortaya qoyur. Ziddiyyətli məqamı nə ilə izah etmək olar?
- Bütün hallarda tərəflər arasında saziş imzalanmalıdır. Çünki bu məsələ Rusiyanın şifahi istəyi və təklifi ilə həll olunan bir məsələ deyil. Yəni, tərəflər Qəbələ RLS-in bağlı olan şərtlərini də ayrıca müzakirə etməlidilər. Bir sözlə, Azərbaycan və Rusiya arasında bu məsələ istiqamətində bir saziş olmalıdır. Hələ ki, belə bir saziş də yoxdur.
- Rusiya tərəfi Qəbələ RLS-dən imtina edəcəkmi və əgər edəcəksə, Azərbaycan özü təkbaşına bunun istifadəsini üzərinə götürə bilərmi?
- Bu gün Azərbaycan dövlətinin iqtisadi potensial bütün sahələrdə müstəqil səmərəli fəaliyyət göstərməyə imkan verir. Qəbələ RLS-da Azərbaycanın ərazisində yerləşən bir obyekdir. Əgər gələcəkdə Azərbaycan tərəfi müstəqil şəkildə Qəbələ RLS-dan yararlanmaq istəyərsə, təbii ki, Azərbaycanın bunun üçün bütün potensialı mövcuddur.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB