"Azərbaycan hər sahədə mükəmməldir"

"Azərbaycan hər sahədə mükəmməldir"

"İnsan hər bir işin peşəkarı olmalıdır. Azərbaycan xalqı da öz ləziz mətbəxi ilə fərqləndiyinə görə, düşünürəm ki, ölkəniz hər sahədə mükəmməldir. Burada küçələri gəzəndə özümü doğma evimdəki kimi hiss edirəm. Çünki dostlarım burada qalıblar. Onu da qeyd edim ki, şairlərinizdən Nəbi Xəzri, yazıçı-dramaturq Salam Qədirzadə ilə bir oxumuşam. Yazıçılarınızdan isə Səməd Vurğun, Rəsul Rza ilə şəxsi tanışlığım olub. Hər dəfə bura gələndə çox böyük həyəcan keçirirəm. Çünki sizin şairlərin şeirlərini tərcümə etmişəm". Bunu SİA-ya açıqlamasında Bakı Beynəlxalq Humanitar Forumda iştirak edən rusiyalı müğənni Andrey Dmitriyeviç Dementyev deyib.

Rusiyalı müğənni onu da qeyd edib ki, bugünkü humanitar forum olduqca yüksək səviyyədə təşkil edilib: "Forumda bir çox tanınmış şəxslər iştirak edir. Buradakı insanlar böyük nüfuza malik olduqlarından deyilən sözlər bizim dostluğumuzun inkişafına daha da kömək edəcək. Bugünkü forumda humanitar məsələlərə toxunduq. İştirakçıların forumda səsləndirdikləri çıxışlar terror və çətinliklərlə dolu olan dünya üçün böyük əhəmiyyət kəsb edib. Çünki onların səsinə dünya qulaq asır".

Bütün xəbərlər Facebook səhifəmizdə