"Bu gün Azərbaycan varlı və immiqrantlarla zəngin bir ölkədir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rusiyalı aktrisa Larisa Lujina deyib.
O bildirib ki, ölkə nə qədər inkişaf etsə də, köhnə qayda-qanunlar hər zaman saxlanılmalıdır. Onun sözlərinə görə, qədimliyin fonunda yeniliklər daha gözəl görünür. Azərbaycanla bağlı xatirələrini bölüşən qonaq bildirib ki,1964-65-ci illərdə çəkilən "Sakitlik" filmində Azərbaycanın neftlə zəngin bir ölkə olduğu geniş şəkildə göstərilib: "Lakin o gündən bu günə kimi xeyli dəyilşiklik edilib və ölkə daha da gözəlləşib. Bütün şəhər sakinlərinə Azərbaycan vətəndaşlarına o qədər xoşbəxtlik arzulayıram ki, gözlərində heç bir kədər olmasın. Dağlıq Qarabağ münaqişəsi də tez bir zamanda həll edilsin".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB