"Rusiya bu forumda 70 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur. Onların arasında bir çox tanınmış alimlər, siyasətçilər, şairlər və digər yaradıcı insanlar var. Göründüyü kimi, Rusiyadan kifayət qədər alicənab insanlar foruma qatılıblar. Çox şadam ki, Rusiya bu forumda layiqincə təmsil olunub". SİA-nın məlumatına görə, bunu açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
"Forum Azərbaycan və Rusiya prezidentlərərinin təşəbbüsü ilə həyata keçirilib. Səfir olaraq mənim də vəzifəm iki ölkə arasındakı münasibətləri möhkəmləndirməkdir. Çox şadam ki, bu forum beynəlxalq aləmdə belə əks səda verir. Burada nobel mükafatı laureatları, eləcə də sabiq prezidentlər öz ölkələrini yüksək səviyyədə təmsil edirlər. Sevindirici haldır ki, Bakı humanitar düşüncələrin mərkəzinə çevrilir. Bu forum müxtəlif ölkələrdən olan insanlara imkan verir ki, bu gün üçün vacib olan məsələlərlə bağlı öz fikirlərini bölüşsünlər",- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB