Sabirabad rayonu haqda yazılan növbəti yalan

Sabirabad rayonu haqda yazılan növbəti yalan

Bəzi kütləvi informasiya vasitələrində guya Sabirabad rayonunun Cavad və Zəngənə kənd sakinlərininin əkin sahələrini suvara bilməmələri ilə bağlı məlumatlar yayılıb. SİA-nın Aran bürosunun əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Oradan bildiriblər ki, ilin hazırki fəslində suvarmaya ciddi ehtiyac olmadığı, yağıntıların çox olduğu, Kür çayının bol sulu axdığı bir vaxtda bu məlumatın verilməsinin özü gülünc doğurur. Adı çəkilən kəndlərdə hal-hazırda torpaqların suvarılmasında heç bir çətinlik yoxdur. İndidən gələn ilin bol məhsulunun təməlinin qoyulması üçün də bütün zəruri tədbirlər görülür, su arxlarının lildən təmizlənməsi işləri qrafik üzrə aparılır.

Ümumiyyətlə məqalədə istinad edilən Vidadi Əliyev adlı bir şəxsin bu kəndələrin heç birində yaşamadığı bir daha məlumatların qərəzli və təxribat yönümlü olduğunu sübut edir.

Bütün xəbərlər Facebook səhifəmizdə