Millət vəkili Qənirə Paşayeva ABŞ-da ilk dəfə keçiriləcək Türk Xalqlarının İpək Yolu Festivalında iştirak və çıxış etmək üçün Amerikaya gedib. SİA-nın məlumatına görə, ilk dəfə amerikalıların və avrasiyalıların Türk Şurası təşkilatının təşəbbüsü ilə ABŞ-ın Texas ştatında keçiriləcək. Türk Xalqlarının İpək Yolu Festivalında iştirak edən millət vəkili Qənirə Paşayeva iştirakçılara mədəniyyətimiz, tariximiz, musiqimiz, Azərbaycan həqiqətləri, Qarabağ həqiqətləri barədə ətraflı məlumatlar verəcək.
Oktyabrın 5-9 arasında keçiriləcək festivalda İpək Yolunun keçdiyi 6 türk respublikası - Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistanın və Qırğızıstanın nümayəndələri iştirak edəcək və həmin ölkələrin pavilyonları qurulacaq. Pavilyonlarda Türk xalqlarının mədəniyyəti, folkloru, tarixi, məişəti adət və ənənələri nümayiş ediləcək və xeyriyyə məqsədi ilə satışlar təşkil olunacaq. Festivalda Türk xalqlarının həyatı tarixi və mədəniyyəti ilə əlaqədar fotosərgi də təşkil ediləcək.
Qeyd edək ki, tədbirdən sonra millət vəkili Nyu-York şəhərinə səfər edəcək. Burada amerikalı ictimai-siyasi xadimlərlə, KİV nümayəndələri ilə yanaşı türk xalqlarının diaspor təşkilatları ilə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB