"Hazırda biz çox həssas dünyada yaşayırıq, hansı ki, hər an hər şey dəyişilə bilər. Buna terrorizm və bir sıra konfliktləri misal göstərmək olar. Hər zaman olduğu kimi konflikt və problemlərin həll olunmasında önəmli ünsürlər yaddan çıxır. Problemlərin həllində təşkil olunan siyasi kurslarda insani dəyərləri acınacaqlı şəkildə pozulur. İnsanlar hər hansı maraq üçün istər iqtisadi- siyasi, istərsə də etnik səbəblərdən dolayı yolla öz aralarında konfliktə girə bilər". Bu sözləri SİA-ya açıqlamasında Bakı Beynəlxalq Humanitar Forumda iştirak edən pakistanlı nümayəndə heyətinin üzvü Şəhzad Vazem bildirib.
Onun sözlərinə görə, forumun üstün cəhətlərindən biri isə mədəniyyətlərarası mövzulara toxunulmasıdır: "Zamanın tələbinə uyğun olaraq bu çox önəmli xüsusiyyətdir. Hər bir siyasətin formalaşmasında bu və ya digər maraqdan çıxış etmək düzgün olmaz. Hazırda dünya ölkələri müxtəlif mədəniyyətlərin, dinin və dilin olduğunu qəbul etsə də məsələ dialoqa gəldikdə düzgün qərar qəbul etmirlər. Bir çox hallarda etnik məsələlər ancaq kağız üzərində qalır".
"Biz müxtəlif mədəniyyətləri, eləcə də fərqli siyasi düşüncəli insanları bir araya gətirməliyik. Forumda da bu ideologiyanın həyata keçirilməsinə önəm verilib. Forumdan aldığım ən önəmli mesaj da bu oldu", -deyə Ş. Vazem əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB