Cari ilin 30 sentyabr-5 oktyabr tarixlərində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində 2012 SIFE Dünya Kubokunun final mərhələsinə yarışlar keçirilib. Fonddan SİA-ya verilən məlumata görə, ölkəmizi yarışlarda Azərbaycan Tibb Universitetinin SIFE Komandası təmsil edib.
SIFE (Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində) keçən əsrin 70-ci illərində ABŞ-da yaranmış və bu günə qədər tələbə gənclərin sahibkarlıq fəaliyyətləri ilə bağlı layihələrin həyata keçirilməsinə və o layihələrin dünya miqyasında tanınmasına dəstək verməkdədir. Respublikamız müstəqillik əldə etdikdən sonra müxtəlif beynəlxalq təşkilatların fəaliyyətində iştirak etməyə başlayıb. Bunlardan biri də SIFE təşkilatıdır. Ölkəmiz artıq 7-ci ildir ki, bu təşkilatın fəaliyyətində iştirak edir və hər il dünyanın müxtəlif ölkələrində keçirilən Dünya Kuboklarının final mərhələsinə qatılır.
Bu il isə ölkəmiz komanda iştirakı ilə yanaşı, SIFE Azərbaycanın İdarə Heyətinin üzvü, Azərbaycan Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov beynəlxalq münsif qismində də iştirak edərək keçirilən oyunların ilkin və yarımfinal mərhələlərinin münsiflər heyətinin üzvü olub. 2 oktyabr tarixində Azərbaycan nümayəndə heyətinin üzvləri ABŞ-ın Dövlət Departamentində görüşdə olublar. Görüşlər zamanı ölkəmiz haqqında geniş məlumatlar verilib və gənclər siyasəti sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, bu il keçirilən yarışlarda dünyanın 40-a yaxın ölkəsinin təmsilçiləri iştirak edib. Yarışlarda ABŞ 1-ci yer, Misir 2-ci yer, Zimbabve isə 3-cü yerə layiq görülüblər. Gələn il isə Dünya Kubokunun Çinin Şanxay şəhərində keçirilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB