Kür-Bakı Magistral su kəmərlərində əsaslı təmir və yeni su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar oktyabrın 4-də saat 23:00-dan Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə içməli suyun verilməsi 48 saat müddətində dayandırılacaq. SİA-nın məlumata görə, bununla əlaqədar oktyabrın 5-6-sı tarixlərində Hacıqabul və Bakının Qaradağ rayonlarına, həmçinin paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsinə və "20-ci sahə" yaşayış massivinə, Binəqədi rayonunun Xocasən qəsəbəsinə və yeni Biləcəri yaşayış massivinə içməli suyun verilməsində fasilələr yaranacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB