Gənclər Təşkilatları Milli Şurası tərəfindən Avropa Birliyi və UNİCEF-in dəstəyi ilə həyata keçirilən "Gənclər evi - gənclərin ətraf mühit məsələlərində iştirakını artıran əsas platformadır" layihəsi davam edir. Şuradan SİA-ya verilən məlumata görə, layihənin ilkin mərhələsi olaraq Yevlax, Goranboy və Göygöl rayonlarında seçim turunu uğurla keçən gənclərə "Ətraf mühit problemləri" və "Layihələrin yazılması" barədə təlimlər keçirilib.
İştirakçıların liderlik və təlimçilik bacarıqlarının inkişafı üçün praktiki məşğələlər keçirilib və iştirakçılar layihənin moderatorları kimi formalaşdırılıb. Layihənin növbəti mərhələsi kimi rayon və kəndlərdə gənclər arasında moderatorlar tərəfindən təşkil ediləcək sorğular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların təklifləri nəzərə alınmaqla sorğu anketi hazırlanıb. Daha sonra moderatorlarla UNİCEF, Avropa Birliyi və ARGTMŞ-nın rəsmiləri arasında görüş keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB