Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Şurasına üzv olan dövlətlərə şamil ediləcək "Siyasi məhbusların müəyyənləşdirilməsi" məruzəsinə əlavə və dəyişikliklər müzakirə edilib. AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü Elxan Süleymanovun SİA-ya verdiyi xəbərə görə, əlavə və dəyişikliklərin qəbul edilməsi məruzəçi Ştrasserin məruzəsinin 3-cü bəndinin silinməsi ilə nəticələndi. Həmin bəndin əvəzlənməsində göstərilib ki, siyasi məhbusun istənilən meyarlarının şərhi və tətbiqi Avropa İnsan Haqları Konvensiyası və onun Protokollarında nəzərdə tutulduğu kimi, əsas hüquq və azadlıqların pozulması hallarını dəyərləndirən yeganə orqan olan Avropa İnsan Haqları Məhkəməsinin müstəsna səlahiyyətidir.
Bu, o deməkdir ki, məruzəçi Ştrasserin 2 illik cızmaqara etdiyi məruzə Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinin təklif etdiyi dəyişiklikləri ilə nəhayət hüququn aliliyinə riayət edən sənədə çevrilib. Dəyişikliklər səs çoxluğu ilə qəbul edildi və AŞPA-nın plenar sessiyasına təstiq üçün göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə