Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır

Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır

Bu gündən Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. SİA-nın xəbərinə görə, "XXI əsr: ümidlər və çağırışlar" devizi altında keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu qloballaşmaqda olan dünyanın reallıqlarını nəzərə alınmaqla humanitar problemlərin, perspektivlərin və çağırışların müzakirə edilməsini nəzərdə tutur. Təbiət, iqtisad və humanitar elmləri, mədəni elitanı təmsil edən Forumun təşkilatçıları, gələcəkdə beynəlxalq miqyasda nəzərə alınması üçün yeni humanitar gündəliyin formalaşması məsələsini qarşıya qoyublar.

Forum çərçivəsində "İqtisadi inkişaf modellərinin humanitar aspektləri", "Konvergensiya edən texnologiyalar və gələcəyin konturları", "Müasir KİV-lər və yeni çağırışlar", "Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi", "XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar", "Cəmiyyətin həyatında mültikulturalizm", "Müasir təbabətə və molekulyar biologiyaya baxışları dəyişən texnologiyalar", "Mültikulturalizm və mədəni özünüdərk" istiqamətlər üzrə "dəyirmi masa"lar keçiriləcək.

"Dəyirmi masa"ların işində müxtəlif ölkələrdən olan görkəmli elm və mədəniyyət xadimlərinin, o cümlədən Nobel mükafatı laureatlarının iştirakı nəzərdə tutulur. Forum işə başlayana qədər iştirakçılar haqqında əsas məlumatların və dəyirmi masalarda müzakirə olunacaq problemlərin geniş xarakteristikalarının daxil olduğu xüsusi nəşr hazırlanacaq. Forumun işçi dilləri: azərbaycan, rus və ingilis dilləridir.

Forumun Plenar sessiyası və açılış mərasimi "Gülüstan" sarayında keçiriləcək. Forum çərçivəsində dəyirmi masalar isə bir sıra mehmanxanalarda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə