Gənclərin aktiv həftəsi: 1-7 oktyabr

Gənclərin aktiv həftəsi: 1-7 oktyabr

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTI) ofisində Activism NetWeek layihəsi başlayıb. SİA-nın xəbərinə görə, layihənin ilk günü layihə rəhbəri Leyla Seyidova onun məqsədi, cəmiyyətə faydaları və gənclərin layihəyə marağından danışıb: "Layihəmizin ilk günündə gənclərimizin aktivliyi təşkilati komitə olaraq bizə qürur verir. İnanırıq ki, layihəmizin yekununda məqsədimizə çatıb, cəmiyyətə daha faydalı gənclər qazandırmış olacağıq. Layihədə iştirak edən 25 gənc fərqli düşüncəli gənc 450 nəfər müraciət edən arasından seçildiyindən fikir mübadiləsi şəraitində daha faydalı gənclər yetişəcək"

Layihə çərçivəsində 13 mütəxəssis öz peşələrinə aid olan dəyərli fikirlərini gənclərlə böyüşəcək. Layihə 7 gün davam edəcək və layihə sonunda iştirakçılar sertifikatla mükafatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə