"Regional radiostansiyaların açılması üçün yaxın vaxtlarda müsabiqə elan olunacaq". SİA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
"Azərbaycanda telekanalları sayı yetərincə olsa da, hesab edirik ki, biz dayanmamalıyıq" - deyən, şura sədri ölkədə yeni televiziya kanalları və radiostansiyaların açılmasını dəstəkləməliyik. Bununla bağlı artıq hazırlıq işlərinə başlanıb.
N. Məhərrəmli xüsusən regionlarda yeni telekanalların və radiostansiyaların açılmasına böyük ehtiyac olduğunu vurğulayıb: "Azərbaycanda televiziya sahəsində həm ümumrespublika, həm də regional yayımçılar var. Amma radiostansiyalar sahəsində regional yayımçılar yoxdur. Bununla bağlı dönüş yaratmaq istəyirik. Yaxın vaxtlarda bununla bağlı müsabiqə elan olunacaq"
Könül Kamilqzı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB