Bəndsalma işlərinə start verilib

Bəndsalma işlərinə start verilib

Gəncədə bəndsalma işlərinə start verilib. Gəncə şəhər İcra Hakimiyyəti aparatının sifarişi ilə həyata keçirilən işlər "Kolan İnşaat" MMC tərəfindən aparılır. Layihəyə görə, təxminən 4 km-dən artıq məsafədə bəndsalam işlərinin aparılması nəzərdə tutulur. SİA-nın bölgə müxbiri xəbər verir ki, təxminən 3.5 m enində, 1 m 5 metr hündürlüyündə bəndsalma işləri həyata keçirilir. Hazırda işlər şəhərin Bayraq meydanı, başqa sözlə desək Nizami küçəsindən keçən hissəsində aparılır. İnşaat işlərini həyata keçirən müəssisənin direktoru Nizami Cəfərovun sözlərinə görə, Gəncə çayı məcrasının yenidən qurulması ən müasir standartlar çərçivəsində həyata keçirilir. Qeyd edək ki, tədbirlər zamanı yüz metrdən bir keçidlər quraşdırılacaq. Bu da baş verə biləcək daşqınların qarşısını almaq üçün planlaşdırılıb. Ümumiyyətlə, Gəncə çayı məcrasının yenidən hazırlanması bir il ərzində həyata keçirilməlidir. Ərazidə isə parkın salınması gözlənilir. Ayrıca layihəyə uyğun olaraq Gəncə çayı daima su il təmin ediləcək.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə