Prezident İSESCO-nun baş direktorunu qəbul edib

Prezident İSESCO-nun baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri təşkilatın fəaliyyətinə göstərdiyi yüksək qayğıya və dəstəyə görə İSESCO-nun 30 illiyinə həsr olunmuş emblemi dövlətimizin başçısına təqdim edib.

Azərbaycan Prezidenti İlham Əliyev Əbdüləziz bin Osman əl-Tüveycrinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd edib.

Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulandı, Forumun artıq ənənəyə çevrildiyi məmnunluqla qeyd olunub. Görüşdə, həmçinin Azərbaycan ilə İSESCO arasında uğurlu əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə