Xocavənddə tikilən aeroport bombardman edilməlidir

Xocavənddə tikilən aeroport bombardman edilməlidir

"Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən Xocavənd aeroportunun yenidən fəaliyyətə başlaması Azərbaycan dövlətində hiddət doğurur. Ümumiyyətlə, Ermənitan tərəfinin bu addımı beynəlxalq hüquq normalarına təmamilə ziddir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının həmtəsisçisi Vüqar Qədirov deyib. O bildirib ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağda hər hansı bir uçuş aparılmasına icazə verməyəcək. V.Qədirovun sözlərinə görə, Dağlıq Qarabağ işğal olunmuş Azərbaycan ərazisidir və ölkənin səmaları da bizə məxsusdur.

"Gələcəkdə oradan uçan hər bir təyyarənin vurulma ehtimalı 100 faizdir, çünki münaqişə bölgəsində ümumiyyətlə mülki təyyarə ola bilməz. Münaqişə bölgəsindən qalxan, Azərbaycan hava məkanını icazəsiz pozan və heç bir lisenziyası olmayan təyyarələr beynəlxalq hüquqa zidd addım atırlar. Bu hərəkətin də qarşısı birmənalı olaraq Azərbaycan qanunları, konstitutsiyası və beynəlxalq hüquq normalarına əsasən alınmalıdır. Vətəndaş cəmiyyətinin isə birmənalı mövqeyi ondan ibarətdir ki, həmin təyyarələr dərhal vurulmalı, Xocavənddə tikilən aeroport bombardman edilərək dağıdılmalıdır. Çünki bu, Azərbaycanın nə dövlətçilik, nə milli maraqlarına cavab vermir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə