I Azərbaycan-Alman Tibbi təlim kurslarının bağlanış mərasimi keçirilib
Azərbaycan–Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Azərbaycan Tibb Universiteti və "İRƏLİ" İctimai Birliyinin birgə təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Almaniyanın Haydelberg və Siegen Universitet klinikalarından dəvət olunmuş mütəxəssislərin iştirakı ilə I Azərbaycan-Alman Tibbi təlim kurslarının bağlanış mərasimi keçirilib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, mərasimdə Azərbaycan–Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurban Müslümov, millət vəkilləri Ceyhun Osmanlı, Jalə Əliyeva, İlham Məmmədov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik klinikasının direktoru, professor Surxay Musayev, elmi xadimlər, akademiklər, professorlar, "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev, ASAİF-in baş katibi Vüsal Qurbanov iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Qurban Müslümov qonaqları salamlayıb, layihənin əhəmiyyətini qeyd edərək bildirib ki, ümumilikdə bu tədbirlər gənclərin biliklərinin möhkəmlənməsinə xidmət edəcək, yerli mütəxəssislərimizin beynəlxalq təcrübədən yararlanmalarına daha da təkan verəcək. Qurban Müslümov layihənin tərəfdaşlarına öz təşəkkürünü bildirib və bundan sonra daha da uğurlu layihələrə imza atacaqlarını vurğulayıb.
Tibb Universitetinin Tədris-Terapevtik klinikasının direktoru, professor Surxay Musayev çıxışında layihənin uğurundan söz açaraq gələcəkdə də Tibb Universitetinin bu səpkili tədbirlərin həyata keçirilməsində dəstək olacağını bildirib. Bütün iştirakçılara gələcək karyeralarında uğurlar arzu edib.
Daha sonra layihənin tərəfdaşlarına, yerli və xarici təlimçilərə, dost təşkilatlara, kursu uğurla başa vuran iştirakçılara, təşkilat komitəsinin üzvlərinə sertifikat və hədiyyələr təqdim olunub.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB