Bu gün "Qarabag" QHT Koalisiyası "Vətəndaş cəmiyyəti Qarabag uğrunda: münaqişənin həlli yollarının araşdırılması və dalana dirənmiş danışıqlar" mövzusunda dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, tədbirdə "Qarabağ danışıqlarında Minsk qrupunun fəaliyyətsizliyi", "Ramil Səfərovun Azərbaycana ekstradisiyası", "Qarabağ probleminin həllində yeni mərhələnin başlanğıcı kimi" və digər mövzular ətrafında müzakirələr aparılıb.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının həmtəsisçisi Vüqar Qədirov bildirib ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin bu günə kimi həll olunmaması ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyinin, ədalətsiz və ikili standartlarda çıxış etmələrinin bariz nümunəsidir. Onun sözlərinə görə, Ermənistana havadarlıq edən dövlətlər elə bir mövqe nümayiş etdirirlər ki, elə bil bu münaqişə Ermənistanla Azərbaycan arasında deyil, ATƏT-in Minsk Qrupu ilə Azərbaycan arasında gedir: "Azərbaycan gücləndikcə, öz haqqını daha prinsipial müdafiə etdikcə münaqişənin həkkinə cavabdehlik daşıyan Minsk Qrupuna üzv olan dövlətlər təcavüzkar Ermənistana deyil, işğala məruz qalan Azərbaycana təzyiqlərini artırırlar. Bu da onu deməyə əsas verir ki, ATƏT-in Minsk Qrupu münaqişəyə cəlb olunan gündən bu vaxta qədər ədalətli mövqe nümayiş etdirməyib".
Tədbirin davamında çıxış edən qonaqlar da mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB