"Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Qarabağ müharibəsindən zərər çəkən ailələrin məşğulluğunun artırılması istiqamətində icra etdiyi növbəti layihəni yekunlaşdırıb. SİA-nın xəbərinə görə, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov bildirib ki, kurslar təşkilatın Bərdə rayonunda yerləşən ofisində keçirilib. Kurslara Bərdə, Ağdam və Tərtər rayonlarında məskunlaşan qaçqın, məcburi köçkün, həmçinin həmin rayonlarda yaşayan şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan şəxslər cəlb olunub.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib. Türkiyə Cümhuriyyəti Başnazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Başqanlığının texniki dəstək verdiyi layihə çərçivəsində altı ay mülddətində 60 nəfər dərziliklə bağlı peşə bacarıqlarına yiyələnib. Layihə çərçivəsində keçirilən kursların hər birində 20 nəfər iştirak edib. Dərslər həftədə 3 dəfə olmaqla iki qrupda keçirilib. Kursları müvəffəqiyyətlə bitirən şəxslərə sertifikatlar verilib. Layihə başa çatdıqdan sonra da təşkilat kursu bitirən gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində iş aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB