Təcridxanada nələr aşkarlandı?

Təcridxanada nələr aşkarlandı?

Ombudsmanın Milli Preventiv Mexanizm Qrupunun Quba Regional Mərkəzinin üzvləri tərəfindən Daxili İşlər Nazirliyi Qusar Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanılma Təcridxanasına başçəkmə həyata keçirilib. SİA-nın xəbərinə görə, qrupun üzvləri saxlanılanlarla söhbət aparıb, onlara hüquqları izah edilib. Həmin şəxslər saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər.

MST-də saxlanılanların şəxsi işlərinə və müvafiq qeydiyyat kitabına baxış keçirilib və pozuntu halları aşkar edilməyib. MST-nin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar tövsiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə