Əlillərlə bağlı yazı müsabiqəsi keçirilir

Əlillərlə bağlı yazı müsabiqəsi keçirilir

"Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyi əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası problemlərinin mediada işıqlandırılması mövzusunda "ən yaxşı məqalə" yazı müsabiqəsini elan edir. SİA-nın xəbərinə görə, yazı müsabiqəsinə təqdim olunacaq yazılar 03.10.2012 - 15.11.2012-ci il tarixlərində yazılı və elektron KİV-də nəşr olunmalıdır.

Məqalənin sonunda yazının "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin "Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədilə təbliğat-təşviqat kampaniyasının təşkili" layihəsi çərçivəsində elan olunmuş yazı müsabiqəsinə təqdim olunduğunu qeyd edmək mütləqdir. Mövzunu hərtərəfli, obyektiv araşdırmış, dolğun, məzmunlu məqalə müəllifləri mükafatlandırılacaq.

Mükafat Fondu:

I Yer – 300 AZN

II Yer – 200 AZN

III Yer – 100 AZN.

Yazılar çap və ya nəşr olunduqdan sonra elektron variantları bu ünvana göndərilsin: [email protected] və ya [email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə