Fikrət Akçuranın fəaliyyət müddəti başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Fikrət Akçuranı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. BMT-nin rezident əlaqələndiricisi Fikrət Akçuranın ölkəmizlə BMT arasında əməkdaşlığın genişləndirilməsi işindəki xidmətlərini vurğulayan dövlət başçısı onun Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdi və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Fikrət Akçura ölkəmizdə gedən davamlı inkişaf proseslərinin önəmini vurğuladı, Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB