Çexiyalı rəsmilər Azərbaycanda

Çexiyalı rəsmilər Azərbaycanda

Çexiyanın bir qrup nümayəndə heyəti Gəncədə səfərdə olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, ilk olaraq çexiyalı qonaqlar Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib və abidə önünə gül dəstələri düzüblər. Ardından diplomatları İcra Hakimiyyəti başçısı Elmar Vəliyev qəbul edib.

Qeyd edək ki, bir müddət öncə Çexiyanını ikinci böyük şəhəri olan Olomonsk şəhəri ilə Gəncənin qardaşlaşması haqqında protokol imzalanıb.Təxminən iki saat davam edən görüşdə sözügedən protokollardan irəli gələn bir sıra məsəllər ətrafında fikir mübadiləsi aparılıb. Ayrıca yeni layihələr və iqtisadi əməkdaşlıq müzakirə mövzusu olub.

Öz növbəsində Gəncəyə növbəti səfərindən məmnunluğunu dilə gətirən Çexiya nümayəndə heyəti, iki ölkə arasında mövcud olan yüksək münasibətlərdən danışıb. Qeyd olunub ki, ölkələr arasında qarşılıqlı anlaşma iqtisadi və digər sahələri əks etdirən layihələrin də realaşmasına zəmin yaradır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə