Yeni Azərbaycan Partiyası yarış keçirəcək

Yeni Azərbaycan Partiyası yarış keçirəcək

Yeni Azərbaycan Partiyasının (YAP) 20-ci ildönümü ilə əlaqədar Sabirabad rayonunda yarış keçiriləcək. SİA-nın məlumatına görə, YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev bildirib ki, 9 Oktyabr tarixində kişilər arasında zona birinciliyi üzrə futzal yarışı keçiriləcək.

Qeyd edək ki, yarışda Sabirabad, Saatlı, Salyan, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Neftçala, Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının futbol komandaları iştirak edəcək.

Məlumat üçün bildirək ki, oyunların təntənəli açılış mərasimi oktyabırın 9-da saat 11:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə