“Azərbaycan” Cəmiyyətindən növbəti tədbirlər

Birləşmiş Ərəb Əmirliyində faliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubayın Turizm və Ticarət Marketinqi nazirinin təftiş və turist lisenziyalarının verilməsi məsələləri üzrə müavini Nəbil Əbdül-Rəhman Əhməd və otellərə nəzarət işləri üzrə müavini Bədr Abdullah Məhəmmədlə görüşüb. SİA-nın xəbərinə görə, görüş zamanı onlar qeyd ediblər ki, Samir İmanovla ilk görüṣdən düz bir il ötüb.

2011-ci ilin Azərbaycanda turizm ili elan olunduğunu xatırladan "Azərbaycan" Cəmiyyətinin sədri bildirib ki, son bir il ərzində hökumətin turizmin inkişafina verdiyi diqqət nəticəsində Azərbaycana gələn turistlərin sayı 2 milyon nəfəri keçib. Onun sözlərinə görə, son bir neçə il ərzində Bakıda 16 beşulduzlu otel inşa edilib, ölkə turizm üzrə keçirilən beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. S.İmanov bildirib ki, dövlət siyasətinə əsasən yaxın vaxtlarda Azərbaycana gələn xarici turistlər internet vasitəsilə elektron vizalar əldə etmək imkanına malik olacaqlar. O, görüṣdə istər sovet dönəmində, istərsə də Azərbaycan son müstəqilliyini əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin Azərbaycanda turizmin inkiṣafina verdiyi xüsusi diqqətdən və ölkədə çoxlu sayda mehmanxanaların istifadəyə verilməsindən danıṣıb. Azərbaycan bölgələrində tikilən yeni turist-istirahət mərkəzləri və Qusarda inşa olunan dağ-xizək istirahət kompleksinə dair geniş məlumat verən Samir İmanov görüş zamanı Azərbaycanın turizm sahəsində artan imkanlarının Dubayda və digər əmirliklərdə yenə də təbliğ olunması məsələsini razılaşdırıb.

Daha sonra "Azərbaycan" Cəmiyyətinin sədri Dubayın Turizm və Ticarət Marketinqi nazirliyinin rəhbərliyinə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan bir sıra nəşrləri təqdim edib. Dubayın Turizm və Ticarət Marketinqi nazirliyinin rəhbərliyi görüşdən məmnun qaldığını qeyd edib, Azərbaycanın turizm potensialını və imkanlarını yüksək səviyyədə və müxtəlif vasitələrlə Dubayda təbliğ və reklam etməkdə davam edəcəklərini bildiriblər. Nazir müavini Bədr Abdullah Məhəmməd "Azərbaycan" Cəmiyyətinin sədrinə ötən ilin oktyabr ayında tərəflər arasında keçirilən ilk görüşdən sonra nazirliyin apardığı təbliğat işləri sayəsində Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycan turist qismində gedən şəxslərin sayının əvvəlki illərə nisbətən artdığını deyib. O, ṣəxsən özünün də yaxınlarda Azərbaycanı ziyarət edəcəyini bildirib.

Onlar təqdim olunan kitab və faydalı əyani vəsaitlərə görə "Azərbaycan" Cəmiyyətinin sədrinə təşəkkürlərini ifadə edib və bu kimi görüşlərin keçən bir il ərzində olduğu kimi gələcəkdə də mütəmadi şəkildə keçirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə