“Miqrant və milli azlıqlara qarşı olan diskriminasiya ilə mübarizə”

18-29 sentyabr 2012-ci il tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) fəalları Səbinə Tahirova, Fəridə Əkbərli, İnam Məmmədov və Əjdər Sərvər Fransanın Strasburq şəhərində Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı çərçivəsində "Miqrant və milli azlıqlara qarşı olan diskriminasiya ilə mübarizə" adlı beynəlxalq tədbirdə ölkəmizi təmsil ediblər. AGAT-dan SİA-ya verilən məlumata görə, tədbirdə Almaniya, İspaniya, Fransa, Ukrayna, Rumıniya, Bolqarıstan, Fələstin, Mərakeş, Əlcəzair, Turkiyə, Gürcüstanın aparıcı gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Azərbaycanı təmsil edən AGAT nümayəndələri Avropa İnsan Hüquqları Məhkəməsinə ziyarət edib və əhəmiyyətli görüşlərdə iştirak ediblər. Görüş zamanı ölkəmizin tolerantlıq istiqamətində apardıgı uğurlu siyasətindən məlumat verilib. Qeyd edilib ki, AGAT nəzdində yaradılan Milli İcmaların Koordinasiya Şurası bu tolerantlığın bariz nümunələrindən biridir.

10 gün davam edən beynəlxalq tədbirdə Azərbaycanın mədəniyyət gecəsi də keçirilib. Gecədə Azərbaycanın milli şirniyyatlar və təamlardan təqdim edən AGAT fəalları, tariximiz və mədəniyyətimiz haqqında məlumatlar veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...