Bu günün tarixi, tarixin bu günü

E.ə.322 - Aristotel vəfat edib.

971 - Sultan Mahmud Qəznəvi dünyaya gəlib

1187 - Misir hökmdarı Səlahəddin Qüdsü səlibçilərdən azad etmişdir.

1552 - İvan Qroznı Kazanı tutmuş və Kazan xanlığı Rusiyaya birləşdirilmişdir.

1870 - Roma vahid İtaliyanın paytaxtı olmuşdur.

1869 - Hindistan siyasətçisi Mahatma Qandi dünyaya gəlib.

1897 - Azərbaycanın görkəmli şairə-qadını. Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvan vəfat edib. (d. 1832).

1923 - İşğalçı qoşunlar İstanbulu tərk etmişlər.

1927 - SSRİ ilə İran arasında imzalanan "Qarşılıqlı təminatlar və neytrallıq haqqında" sazişdə iki ölkənin Xəzərdəki sərhədi Astara (Azərbaycan)- Həsənqulu (Türkmənistan) xətti üzrə müəyyənləşib. Bundan öncə eyni sərhəd xətti 1921-ci ildə imzalanmış müqavilədə əksini tapmışdı. Tərəflər bir-birinə qarşı siyasi və iqtisadi blokadada iştirak etmək barədə öhdəlik də götürüblər.

1936 - ABŞ-da yenidən spirtli içki istehsalına icazə verilmişdir.

1936 - SSRİ-də maksimum həbs müddəti 10 ildən 25 ilə qaldırılmışdır.

1951 – müğənni Stinq anadan olub.

1975 - Amerika Türkiyəyə qoyduğu silah embarqosunu yumşaltmışdır.

1991 - İran hökuməti Bakıdan Naxçıvana gedən yük maşınlarının ölkə ərazisindən keçməsinə rəsmən razılıq verib. Bakı Naxçıvan yolunun Ermənistan tərəfindən bağlanmasından sonra Azərbaycan hökuməti nəqliyyat dəhlizi ayrılması xahişi ilə İrana müraciət etmişdi.

1992 - Ermənistan silahlı qüvvələri Xocavənd rayonunu tamamilə işğal ediblər. Xocavənd rayonu 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının əsasında (ərazisi 1458 kv km) yaradılmışdı. Rayon bir şəhər (Xocavənd-Martuni), iki iri qəsəbə (Qırmızıbazar və Hadrut), 83 kənddən (30-dək azərbaycanlılar yaşayan kənd) ibarətdir. 1992-ci ilin avqustunda Azərbaycan Ordusunun hissələri Xocavənd şəhərini və rayonun bir sıra kəndlərini nəzarətə götürsələr də, sonradan bu mövqeləri itirdilər.

1997 - Avropa Birliyi ölkələri arasında Amsterdam sazişi imzalanmışdır. Bu, Maastrikt sazişinə bir növ yenidən baxılma idi.

1995 - Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələr qurulub. 1992-1993-cü illərdə Xalq Cəbhəsi hakimiyyəti dövründə Özbəkistanla münasibətlərdə soyuqluğun yaranması iki ölkənin rəsmi diplomatik əlaqələr qurmasını xeyli ləngitmişdi.

2005 - Bakıda bədii gimnastika üzrə 27-ci dünya çempionatı keçirilmişdir.

2007 - BMT İnsan Hüquqları Şurası Azərbaycanın işğal olunmuş ərazilərində mədəni mülkiyyətin dağıdılmasına dair qətnamə qəbul etmişdir.

2008 - Azərbaycan Respublikası Milli Məclisi Əfqanıstandakı sülhməramlılarin sayını iki dəfə artırmağa qərar vermişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...