“Biotexnologiya ilə ilk təmas” adlı tanışlıq səfəri başlayıb

Almaniyanın Mannheim şəhərində Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Almaniya Akademik Mübadilə Xidmətinin təşkil etdiyi (DAAD) gənc bioloqlar və həkimlər üçün "Biotexnologiya ilə ilk təmas" tanışlıq səfəri başlayıb. SİA-nın xəbərinə görə, səfər Mannheim Tibb Fakültəsi, Mannheim Tətbiqi Elmlər Universiteti, Bakı Dövlət Universiteti və Həkimlər və Təbib Tələbələr Birliyinin əməkdaşlığı ilə hazırlanıb. 6 oktyabr tarixinə kimi davam edəcək səfərin məqsədi azərbaycanlı gənclər arasında biotexnologiya elminin təbliği və onların dünyanın inkişaf etmiş ölkələrində ixtisaslaşma imkanları qazanmalarına dəstək verməkdir.

Tanışlıq səfəri müddətində iştirakçılar Mannheim Tətbiqi Elmlər İnstitutu (www.hs-mannheim.de), Nano Elm və Texnologiya İnstitutu (http://www.nsti.org), Alman Elmi Tədqiat Xərçəng Mərkəzində (www.dkfz.de) yerləşən müasir laboratoriyalarla tanış olacaq, tanınmış

mütəxəssislərin mühazirələrini dinləyəcəklər. Səfər dövründə iştirakçılara Prof. Werner, Prof. Kioschis, Prof. Frech, Prof. Wiedemann, Prof. Hafner, Prof. Mack tərəfindən biotexnologiyanın müasir problemlərinə həsr olunmuş mühazirələr veriləcək. Bundan əlavə Bakı Dövlət

Universitetinin professorları Prof. R.Həsənov və Prof. X.Qənbərov ilə gələcək universitetlərarası əməkdaşlıq müzakirə olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə