Prezident memarları təltif edib

Ölkə başçısı memarlığın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin rəsmi saytına istinadən verilən məlumata görə, Azərbaycanda memarlığının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif ediliblər:

Babakişiyev Rasim Calal oğlu

Cəfərov Xəlil Ələkbər oğlu

Həsənov Vüqar Telman oğlu

Qarber Aleksandr Aronoviç

Vəliyev Nazim Oruc oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərə "Əməkdar Memar" fəxri adı verilib.

Abdullayeva Nərgiz Cavad qızı

Ağayev Famil Adil oğlu

Bəylərov İlqar Xıdır oğlu

İmaməliyev Nəriman Məcid oğlu

İsmayılova Gülarə Firuddin qızı

Əhmədova Fatma Əliağa qızı

Salam-zadə Sənan Əmir oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə