Avropa Parlamentinə cavab verildi

Avropa Parlamentinə cavab verildi

Milli Məclisin yeni yaradılan xüsusi komissiyası Avropa Parlamentinin "Ramil Səfərovun işi" adlı qətnaməsinə cavab olaraq yeni qətnamə qəbul edilib. SİA-nın xəbərinə görə, beynəlxalq təşkilatlar üçün hazırlanan bəyanatı millət vəkili Sədaqət Vəliyeva oxuyub.

Bəyanatda qeyd olunur: "Hüquqi məsələyə siyasi rəng verilməsi təəssüf doğurur, Azərbaycana münasibətdə ikili standartlardan xəbər verir. Ramil Səfərov hüquqi prosedurlara uyğun olaraq, Azərbaycana ekstradisiya edilib. Fransanın Orle hava limanında Vardan Karapetyan 2002-ci ildə Ermənistan prezidenti Robert Köçəryanın müraciəti əsasında Ermənistana göndərilib. Zabitimizi erməni terrorçuları ilə müqayisə etmək niyyətində deyilik. Təəssüflə qeyd etmək lazımdır ki, qətnamədə Ramil Səfərovun əfvinin qarşısıalınmaz proseslərə yol açacağı qeyd olunur. Azərbaycan torpaqlarının hələ də işğal altında saxlanılması ortadadır. Ermənistan Ramil Səfərov məsələsindən danışıqlar prosesini pozmaq, torpaqlarımızı işğal altında saxlamaq üçün istifadə edir. Azərbaycan Avropa Parlamentini birtərəfli mövqedən çıxış etməməyə çağırır".

Daha sonra qətnamə müzakirəyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə