Qaralov: "Zəhərlənmə faktı araşdırılacaq"

"Zəhərlənməyə dəm qazı səbəb olub". SİA-nın verdiyi məlumata görə, bunu Baş prokuror Binə Ticarət Mərkəzində (BTM) baş verən kütləvi zəhərlənmə faktına münasibət bildirərkən deyib.

Z.Qaralov məlum faktla bağlı 164 nəfərin dəm qazından zəhərlənmə ilə bağlı müalicə müəssisələrinə müraciət etdiyini bildirib: "Onlara tibbi yardım göstəriləndən sonra hamısı evə buraxılıb. Bu hadisəyə Binə Ticarət Mərkəzində müəyyən müddət elektrik enerjisinin kəsilməsi səbəb olub. "Bakıelektrikşəbəkə" tərəfindən prokurorluğa təqdim olunan rəsmi arayışa əsasən, ticarət mərkəzinin öz sistemində elektrik təchizatında pozulma olub. Mərkəzin 5 və 6-cı korpusunda həmin korpuslara baxan şəxslər tərəfindən generatorlar işə salınıb. Nəticədə dəm qazı zəhərlənməsi baş verib. Araşdırmalar aparılır, ekspertlərin qarşısına müəyyən suallar qoyulub. Suallardan biri də odur ki, niyə həmin ərazidə havalandırma sistemləri lazımi səviyyədə deyil? Ekspertizalar keçiriləndən sonra qəti qərarlar qəbul olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...