Bu gün "Əlil qadınlar" cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Əlil Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması məqsədilə Kompaniyanın təşkili" layihəsinə dair konfrans keçirib. Konfransda layihənin koordinatoru Məhluqə Rəhimova, Bakı Dövlət Universitetinin professoru Mais Əliyev, Milli QHT Formunun sədri Rauf ZeyniAzərbaycan Dövlət Ombudsman aparatının nümayəndəsi Yeganə Cəfərova və əlilliyi olan qadınlar iştirak ediblər. Tədbirin məqsədi Bakı, Gəncə şəhərlərində və Qazax rayonunda respondentlər arasında keçirilmiş sosioloji sorğunun nəticələrini araşdırmaq, onlara müvafiq olan şərhvə təkliflərlə aidiyyatı dövlət orqanlarına müraciət etməkdir.

Məhluqə Rəhimova çıxışında bildirdi ki, sorğu zamanı bir çox məsələlər meydana çıxdı: "Məlum oldu ki, əlilliyi olan qadınlar ümumiyyətlə cəmiyyətdə çox passivdirlər. Bəzən özləri çatışmayan xüsusiyyətlərinə görə, bəzənsə cəmiyyət tərəfindən ayrıseçkiliyə yol verildiyinə görə sadəcə 13% əlil sosial həyatda aktivdir. Onun sözlərinə görə, bu gün cəmiyyətdə 168 min əlil insan var. Bu göstəricinin isə yalnız 9%-i işlə təmin olunub".

Professor Mais Əliyev əlilliyi olan insanların əksəriyyətinin bir çox problemlərinin olduğunu deyib. Onun sözlərinə görə, bu kimi insanlara həm dövlət, həm QHT, həm də beynəlxalq təşkilatlar tərəfindən yardımlar edilir. Lakin bu yardımlar daha da artırılmalı və əlil insanların sosial həyatda aktivliyi təşkil olunmalıdır.

Qeyd olundu ki, əlil qadınların 71,8%-i öz hüquqlarını bilmir, 15,62%-i qismən, 7,51%-i isə öz hüquqlarını tam bilir. Öz hüquqlarını bilməyənlər çoxluq təşkil etdiyindən belə tədbirlərin keçirilməsi zəruridir.

Tədbir daha sonra əlilliyi olan qadınlarla edilən müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...