Nazirdən gənc ailələrə yardım!

"İpoteka ilə bağlı heç bir dəyişiklik yoxdur. Təkliflərin çox olmasına baxmayaraq, biz əsasən ipoteka fondunda vəsaitin artırılmasın istəyirik". SİA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, bu fonda daha çox vəsait köçməlidir. İpoteka ala bilən təbəqə isə genişləndirilməlidir. Bizdə ipoteka ala bilən təbəqə əsasən dövlət işilə təmin olunan gənclərdir. Bu təbəqəni daha da genişləndirmək lazımdır ki, bir çox gənc ailələr bundan bəhrələnsin.

Bütün xəbərlər Facebook səhifəmizdə