Baş prokuror şübhəli partlayışdan danışdı

"Həmin ərazidə olan çənlərin təmirinə cəlb edilən qaynaqçılar bu müəssisənin əməkdaşları deyil, kənardan gəlmiş şəxslər olublar. Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsini gözləyirik. Bu ağır nəticələrə səbəb olan hadisə ilə bağlı konkret şəxslər məsuliyyətə cəlb olunacaqlar". SİA-nın məlumatına görə, bu fikirləri baş prokuror Zakir Qaralov Sumqayıtda "Məişət malları" ASC-də baş verən yanğınla bağlı aparılan istintaq işlərinin yekunu ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə