Doğu Ağdeniz Universitetinin əməkdaşları Gəncədə və Bakıda Nizami Gəncəvinin 870 illiylə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcəklər
Şimali Kiprdəki Doğu Ağdeniz Universitetinin Azərbaycan üzrə təmsilçisi Orxan Həsənoğlu və bu təhsil ocağının pedaqoji fakultəsinin müəllimi, Şimali Kiprin tanınmış şairəsi Emel Gözlü Gəncəyə səfər ediblər.
Bu barədə Ağdeniz Universitetinin Azərbaycan üzrə təmsilçisi Orxan Həsənoğlu məlumat verib. SİA-nın məlumatına görə, səfərin məqsədi Gəncə şəhərində Nizami Gəncəvinin 870 illiylə bağlı keçiriləcək tədbirdə onların iştirak etməsidir: "Gəncə şəhərində Nizami Gəncəvinin il dönümü qeyd olunacaq. Bu tədbirə bizim universitet də dəvət alıb. Tədbirdə iştirak etmək üçün biz də Gəncəyə gəlmişik. 27 sentyabrdan başlayan səfərimiz, 2 oktyabrda başa çatacaq".
O.Həsənoğlunun sözlərinə görə, Gəncədə keçiriləcək tədbirin davamı oktyabrın 1-də, prezident İlham Əliyevin iştirakı ilə Bakıda davam edəcək.
Gəncədə yerləşən universitetlərlə bu ildən etibarən əməkdaşlığa başladıqlarını və bir sıra ali təhsil ocağı ilə əməkdaşlığa dair müqavilələr bağladıqlarını bildirən təmsilçi universitetlər arasında münasibətlərin inkişafda olduğunu vurğulayıb.
Orxan Həsənoğlu DAU-nun rektoru, professor Abdullah Öztoprağın Azərbaycanla bağlı bütün layihələrə həmişə dəstək olduğunu da söyləyib:"Doğu Akdeniz Universiteti olaraq bütün imkanlarımızdan istifadə edir, hər zaman Azərbaycanın təbliği ilə bağlı müxtəlif tədbirlər həyata keçirməyə çalışırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB