Gənclərin I Forumu keçiriləcək

Sentyabrın 30-dan oktyabrın 5-dək Bakı şəhərində "Azərbaycan – Qırğız Gənclərinin Birinci Forumu" keçiriləcək. Gənclər və İdman Nazirliyindən SİA-ya verilən məlumata görə, forum "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2012-ci il tarixli, 616 nömrəli Fərmanının 2-ci bəndinə müvafiq olaraq təşkil edilir.

Forumun proqramına əsasən, iştirakçılara Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində görülən işlər haqqında ətraflı məlumatların verilməsi, iki ölkə gənclərinin iştirakı ilə müxtəlif mövzularda müzakirələrin aparılması, Bakı şəhərində yerləşən tarixi-mədəni obyektlərlə tanışlıq məqsədi ilə gəzintilərin və Qusar rayonuna səfərin təşkil edilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə